Avtomobil TIR ın altında qaldı 1 nəfər həyatını itirdi

30.10.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

Türkiyənin Silivri şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, Şimali Marmara şosesində Ədirnə istiqamətində hərəkət edən avtomobil eyni istiqamətdə hərəkət edən yük maşınının arxasına çırpılıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və təcili yardım işçiləri göndərilib.

Avtomobilin sürücüsü hadisə yerində həyatınə itirib. TIR-ın sürücüsü isə saxlanılıb.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью