Avtomobil TIR ın altında qaldı İstanbulda qəza

24.10.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

İstanbulun Sancaktepe bölgəsində qəza baş verib.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, Şimali Marmara şossesində hərəkət edən avtomobil yük maşınının altında qalıb. Qəza nəticəsində sürücü yaralanıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və təcili yardım işçiləri göndərilib.

Təxminən yarım saatlıq çalışmadan sonra yaralı sürücü xilas edilərək təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəza böyük tıxaca səbəb olub.

TIR-ın sürücüsü Sedat Gümüştaş qəzaya avtomobilin səbəb olduğunu bildirib: “Qəzanın necə baş verdiyini başa düşmədim. Arxadan nəsə çırpıldığını hiss etdim. Güzgüyə baxanda yük maşınını gördüm. Sonradan məlum oldu ki, avtomobil TIR-ın altında qalıb. Allaha şükür, sürücü sağ idi. Təkərlər sayəsində Allah onu qorudu. O, çox sürətlə gəlirdi. Sürəti təxminən saatda 160, 170 km olardı”.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью