Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Avstraliyanın Sidney şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən 35 yaşlı kişi saxlanılıb.
“Cebheinfo.az” xəbər verir ki, Novroz Rayed Amin adlı şəxs terror aktlarının həyata keçirilməsinə kömək edə biləcək sənədləri toplamaqda və internet vasitəsilə zorakı ekstremist materiallar əldə etməkdə ittiham olunur.
Avstraliya Federal Polisinin məlumatına görə, şübhəlinin avtomobil vasitəsilə partlayıcı qurğu hazırlamaq üsullarını araşdırdığı iddia edilir. Polis onun mümkün terror aktı üçün hazırlıq gördüyünü ehtimal etsə də, konkret hədəfin müəyyənləşdirildiyinə dair məlumat açıqlanmayıb.
Əməliyyat zamanı Sidneyin müxtəlif ərazilərində 10 ünvanda axtarış aparılıb. Ümumilikdə üç nəfər saxlanılıb. Digər iki şəxs fərqli hüquq pozuntularında şübhəli bilinir.
35 yaşlı Amin məhkəmə qarşısına çıxarılıb. O, ittihamlarla bağlı hələ mövqeyini bildirməyib və məhkəmənin qərarı ilə həbsdə saxlanılıb. Avstraliya polisi əməliyyatın ölkədə baş vermiş və 15 nəfərin ölümü ilə nəticələnmiş Bondi Beach terror hücumunun ildönümü ilə əlaqəli olduğuna dair hər hansı məlumatın olmadığını vurğulayıb.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin