Avtomobil vurmuşdu 4 gün sonra öldü

07.10.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qubada avtomobilin vurduğu piyada 4 gün sonra ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə oktyabrı 2-də Mirzəməmmədkənd kəndində qeydə alınıb.

Əliyev Süleyman Hüseynqulu oğlu idarə etdiyi avtomobillə yolu keçən piyada Xəlilov Şıxseyid Şahbala oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Ş. Xəlilov ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью