Avtomobil yarışında qəza baş verib: ölənlər və xəsarət alanlar var

07.10.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ölkə.az" xəbər verir ki, bu barədə yerli polis feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, hadisə draq-reysinq yarışı zamanı (düz tras üzrə akselerasiya yarışı - red.) baş verib.

Avtomobillərdən biri idarəetmədən çıxaraq yarışın keçirildiyi yerli hava limanının uçuş-enmə zolağını tərk edib və dayanmış avtomobillərə çırpılaraq tamaşaçıları yerə yıxıb.

Qəza nəticəsində 2 nəfər ölüb, daha 8 insan xəsarət alıb. Ölənlərin hər ikisi azyaşlıdır. Dörd nəfər ağır xəsarətlərlə xəstəxanalara çatdırılıb.

Polis qəzanın səbəblərini araşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью