Avtomobil yolda qəfil alovlandı

28.11.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Antalyada Qazipaşa rayonunda hərəkətdə olarkən alovlanan avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb. 

News24.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. 

Məlumata görə, Vedat Sönməzin idarə etdiyi 07 UH 271 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən naməlum şəkildə yanaraq, sürətlə alovlanıb.

Faktla bağlı araşdırılma aparılır.

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью