Avtomobil yolu belə çökdü ANBAAN VİDEO

17.07.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Federasiyasının Tatarıstan Respublikasında güclü sel suları səbəbindən avtomobil yolu çöküb.
Bizim.Media xəbər verir ki, bu barədə "Mash Iptash" "Telegram" kanalı məlumat yayıb.
Hadisə Çelnı — Sarmanovo magistral yolunun Yanurusovo kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.
 

Sosial şəbəkələrdə paylaşılan videolarda güclü su axınının asfalt örtüyünün altını yuyaraq apardığı və yolun bir neçə yerdən parçalanaraq çökdüyü əks olunub.


"Yol şahidlərin gözü qarşısındaca çökdü. Hazırda həmin ərazidən keçmək qeyri-mümkündür, sürücülər yalnız Petrovka kəndindən keçməklə alternativ yoldan istifadə edə bilərlər. Ümumilikdə, su kanallarının genişliyinə görə Tatarıstan artıq Venesiyanı geridə qoyur", – deyə paylaşılan məlumatda qeyd edilib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью