Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri üçün 1,5 milyon manat ayrılıb.Reyting.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,5 milyon manat ayrılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.