Avtomobil yük maşını ilə toqquşdu, 5 nəfər öldü

17.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Rusiyanın Ulyanovsk rayonunda minik və yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın regional Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, avtomobilin sürücüsü sükanın idarəetməsini itirərək qarşı zolağa çıxıb və orada yük maşını ilə toqquşub. Avtomobildə olan 5 nəfər həyatını itirib, yük maşının sürücüsü isə xəstəxanaya aparılıb.

Sevinc İBRAHİMZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью