Avtomobildə 3 nəfərin yanmış meyiti tapıldı

29.06.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda minik avtomobilində baş verən yanğından sonra üç nəfərin meyiti aşkarlanıb.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə bu gecə İrəvan-Yerasx avtomobil yolunun Surenavan kəndinin inzibati ərazisində qeydə alınıb.

Məlumata görə, yanğınsöndürənlər yanan "Nissan Rogue" markalı avtomobilə müdaxilə edərək alovu söndürüblər. Bundan sonra avtomobilin içərisində üç nəfərin yarıyanmış meyiti aşkarlanıb.

Hazırda ölən şəxslərin kimliyi və yanğının başvermə səbəbləri araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью