Avtomobildə açıq pəncərələrə görə baş verə biləcək altı xoşagəlməz hal | Icma.az
Icma.az, Oxu.az saytına istinadən bildirir. Pəncərəni açan kimi dərhal zərərli maddələrlə nəfəs almağa başlayırıq.
Hər nəfəs aldıqda ağciyərlərinizə işlənmiş qazların, rezin qalıqlarının, əyləc yastıqlarının və yol örtüyünün tozlarının qarışığından ibarət hava dolur.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Za Rulem" jurnalının avtomobil üzrə eksperti Mixail Kolodoçkin xəbərdarlıq edib.
O, avtomobildə pəncərələrin açıq olması nəticəsində baş verə biləcək xoşagəlməz halları sadalayıb və bildirib ki, yuxarıda sadalanan hallarda salon filtrinin heç bir faydası yoxdur.
"Bundan başqa, açıq pəncərələr vasitəsilə avtomobilin salonuna həşəratlar daxil ola bilər.
Sürücü onlardan canını qurtarmağa çalışarkən diqqəti yayına bilər və bu da qəza riskini artırır", - deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, başqa bir təhlükəli vəziyyət yolayrıcında dayanmış avtomobilə yaxınlaşan naməlum şəxslərlə bağlıdır.
"Belə şəxslər sürücünü təhrik etməyə çalışırlar - məsələn, avtomobilin salonuna tüpürürlər.
Tam oxu
Xəbəri oxu