Avtomobildə başlayan yanğın YPX əməkdaşlarının çevikliyi sayəsində söndürüldü

23.09.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Avtomobildə başlayan yanğın YPX əməkdaşlarının çevikliyi sayəsində söndürülüb.

BAKU.WS xəbər verir ki, bu gün saat 09:30 radələrində Bakı–Şamaxı yolunun 93-cü km-də xidmət aparan YPX əməkdaşları hərəkətdə olan "Ford" markalı avtomobildə tüstüləmə müşahidə edib.

Stasionar postda saxlanılan avtomobildə yanma aşkar edildiyindən, dərhal sürücü Kənan Abdullayev və səhhətində problem olan atası nəqliyyat vasitəsindən kənarlaşdırılıb.

Alay əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.

Baş Dövlət Yol Polisi İdarəsi analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərdən avtomobillərinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı, uzaq səfərlərdən öncə onları texniki müayinədən keçirməyi xahiş edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью