Avtomobildə siqaret qadağan edilir

13.02.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Böyük Britaniya hökuməti uşaqları passiv tüstü və buxarın zərərindən qorumaq üçün avtomobillərdə siqaretləri qadağan etməyə hazırlaşır.

Avtosfer.az xəbər verir ki, bu barədə Böyük Britaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qadağa “tüstüsüz zona” qaydalarını genişləndirərək, siqaret, elektron siqaret və qızdırılan tütün məhsullarını əhatə edir. 18 yaşdan kiçiklərin olduğu avtomobillərdə, uşaq meydançaları və məktəb girişlərində, xəstəxana həyətlərində siqaret qadağan ediləcək.

Yeni qərara əsasən, iş yerləri və ictimai nəqliyyatda da qadağalar genişlənəcək./Ajans.az

Oxunub 112

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью