Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zərdabda “KIA Sorento” markalı minik avtomobilinin traktorla toqquşması dəhşətli faciə ilə nəticələnib. Güclü zərbədən sonra alovlanan maşında azı 5 nəfər yanaraq həyatını itirib.
Faciə ağır qəzalar zamanı nəqliyyat vasitəsini tez tərk etmək imkanları mövzusunu yenidən gündəmə gətirib
AutoProject şirkətinin rəhbəri, avtomobil üzrə mütəxəssis Elçin Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, Zərdab rayonunda “KIA Sorento” ilə traktorun toqquşmasından sonra avtomobildə yanğın baş verməsi və insanların həyatını itirməsi mühüm bir məsələni yenidən gündəmə gətirir:
“Bu hadisədə yanğının konkret səbəbini yalnız ekspertiza müəyyən edə bilər. Ümumiyyətlə isə güclü toqquşma zamanı yanacaq sisteminin zədələnməsi, yanacağın isti detallara düşməsi, elektrik naqillərinin əzilməsi və qısaqapanma yanğına səbəb ola bilər. Digər təhlükə avtomobildən çıxışdır. Ağır zərbə kuzovu deformasiya edə, qapıları sıxa və sərnişinləri yaralaya bilər. Tüstü və panika isə vəziyyəti daha da ağırlaşdırır. 7 yerlik “KIA Sorento”da üçüncü sıradakı sərnişinlərin ayrıca qapısı yoxdur. Çıxmaq üçün ikinci sıra oturacağının qatlanaraq keçid açılması lazımdır. Qəza zamanı ikinci sıradakı insanlar hərəkət edə bilmirsə və ya oturacaq mexanizmi zədələnibsə, arxadakı sərnişinlərin çıxışı ciddi şəkildə çətinləşə bilər”.
Mütəxəssis əlavə edib ki, müasir avtomobillərdə başqa bir problem də var:
“Bəzi modellərdə qapılar gündəlik istifadədə mexaniki dəstəklə deyil, elektron düymə ilə açılır. Elektrik sistemi qəza zamanı sıradan çıxarsa, mexaniki fövqəladə açmadan istifadə etmək lazım gəlir. Məsələn, “Zeekr X” kimi avtomobillərdə sürücü və sərnişinlərin bu mexanizmin yerini əvvəlcədən bilməsi xüsusilə vacibdir. Qəza, tüstü və həyəcan içində əvvəllər istifadə etmədiyiniz mexaniki açma vasitəsini axtarmaq çətin ola bilər. Buna görə avtomobilin təhlükəsizliyi yalnız hava yastıqları və qəza zamanı insanı qoruması ilə ölçülməməlidir. Qəzadan sonra insanların avtomobili nə qədər tez və asan tərk edə bilməsi də təhlükəsizliyin vacib hissəsidir. Avtomobil sahibi maşınının yalnız necə idarə olunduğunu deyil, fövqəladə vəziyyətdə ondan necə çıxmağı da bilməlidir”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Faciə ağır qəzalar zamanı nəqliyyat vasitəsini tez tərk etmək imkanları mövzusunu yenidən gündəmə gətirib