Avtomobildə yatan sürücünün KONKRET

29.01.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Nəsimi rayonu ərazisində taksi fəaliyyəti göstərən bir nəfər polisə müraciət edərək mobil telefonunun oğurlandığını bildirib.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı E.Qasımov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, taksi sürücüsünün avtomobildə yatmasından və qapının açıq olmasından istifadə edərək mobil telefonu gizlicə talayıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью