Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avtomobillərdə texniki baxışın vaxtında aparılmaması yanğın və ciddi qəzalarla nəticələnə bilər. Xüsusilə köhnəlmiş yanacaq şlanqları sürücülər üçün təhlükə yaradır.
“Bakupost” xəbər verir ki, köhnəlmiş benzin şlanqlarından sızan yanacaq generator, starter və ya şam naqillərindən yaranan qığılcımla təmasda olduqda yanğın baş verə bilər.
Qışdan əvvəl mühərrik yağı və antifriz səviyyəsinin, yanacaq filtrlərinin, akkumulyatorun və təkərlərin yoxlanılması tövsiyə olunur.
Elektrikli avtomobillərin yüksək gərginlikli batareyalarına müdaxilə zamanı təhlükəsizlik qaydalarının pozulması isə ölümcül nəticələrə səbəb ola bilər. Buna görə də belə avtomobillərə yalnız müvafiq təlim keçmiş şəxslər müdaxilə etməlidir.
Vüsalə Hüseynova,
BakuPost