Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Qış aylarında sürücülərin ən çox istifadə etdiyi oturacaq qızdırıcıları sən demə sağlamlıq üçün "saatlı bomba" imiş. Xüsusilə kişilər üçün gözlənilməz təhlükə yaradan bu funksiya ilə bağlı mütəxəssislər həyəcan təbili çalır.
"Oturacaq qızdırıcılarından uzun müddət istifadə etmək kişilərdə sonsuzluq riskini ciddi şəkildə artırır."
Demokrat.az xəbər verir ki, bunu rusiyalı terapevt Anastasiya Ağaeva deyib. O bildirib ki, payız-qış mövsümündə avtomobil idarə edənlərin vazkeçilməzi olan bu funksiya bəzi hallarda geri dönməz fəsadlara yol aça bilər.
Ekspertin sözlərinə görə, hətta kiçik dərəcəli, lakin davamlı istilik kişi sağlamlığına mənfi təsir göstərərək reproduktiv funksiyanı zəiflədir. Maraqlıdır ki, bu funksiya prostatit və ya uretrit kimi iltihabi xəstəliklərə birbaşa səbəb olmasa da, məhz termik təsir bədənin təbii balansını pozur.
Qadınlar üçün vəziyyət fərqlidir. Həkim qeyd edir ki, qadın sürücülər üçün bu funksiya tamamilə təhlükəsizdir. Oturacaq qızdırıcıları qadınlarda sonsuzluq yaratmır, hamiləlik prosesinə mane olmur və sistit kimi sidik-cinsiyyət yolu infeksiyalarının kəskinləşməsinə təsir göstərmir.
Müasir dövrdə oturaq həyat tərzi və texnoloji rahatlıqlar gizli sağlamlıq problemlərini üzə çıxarır. Tibbi baxımdan bədənin müəyyən hissələrinin süni şəkildə qızdırılması qan dövranı və hüceyrə səviyyəsində dəyişikliklərə səbəb ola biləcəyi üçün bu məlumat hər bir sürücü tərəfindən nəzərə alınmalıdır.
Terapevt Anastasiya Ağaeva çıxış yolunu belə izah edir: "Oturacağı təxminən 15 dəqiqə əvvəlcədən yandırın, maşın isinəndən sonra isə funksiyanı söndürüb əyləşin". Həmçinin unutmaq olmaz ki, qalın qış geyimi ilə qızdırıcıda oturmaq tərləməyə, dəri qaşınmasına və kontakt dermatitə (dəri iltihabı) səbəb ola bilər.
Yəni, komfort və sağlamlıq arasında balansı qorumaq üçün qızdırıcıdan yalnız salonu isitmək məqsədilə istifadə etmək ən doğru addımdır.
Kənan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. "Oturacaq qızdırıcılarından uzun müddət istifadə etmək kişilərdə sonsuzluq riskini ciddi şəkildə artırır."