Avtomobildəki cızıqlardan qurtulmaq üçün üç sadə ÜSUL Pulunuz cibinizdə qalacaq

11.03.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Avtomobilinizdəki xırda cızıqlar göz oxşayan görünüşü poza bilər, lakin bahalı təmirə ehtiyac olmadan da onlardan qurtulmaq mümkündür.

Həmin cızıqlardan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç sadə üsulu sizə təqdim edirik:

Diş Məcunu Metodu

Kiçik və səthi cızıqlar üçün diş məcunu təsirli üsuldur. Bir miqdar diş məcununu yumşaq mikrofiber bezə çəkin və cızıq olan hissəyə dairəvi hərəkətlərlə sürtün. Sonra nəm bezlə silin və qurulayın.

Soda və Su Qarışığı

Soda və bir az suyu qarışdıraraq pastaya çevirin. Mikrofiber bezlə cızıq üzərinə yüngül şəkildə sürtün. Soda aşındırıcı təsir göstərərək cızığın görünməsini azaldır.

Dırnaq Boyası və ya Cila

Avtomobilinizin rənginə uyğun dırnaq boyası və ya cila cızıqları örtmək üçün mükəmməl alternativdir. Cızığın üzərinə nazik bir qat çəkin, qurumasını gözləyin və parça ilə cilalayın.

Bu üsullar yalnız səthi cızıqlar üçün uyğundur. Dərin cızıqlar üçün isə peşəkar müdaxilə lazım ola bilər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью