Avtomobildən düşən sürücünü maşın vurub ÖLDÜRDÜ

15.11.2024

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Abşeronda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Xırdalan ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza keçirən sürücülərdən biri Elxan Əliyev avtomobildən düşərkən qarşı tərəfdən gələn digər avtomobil onun üzərindən keçib. Nəticədə E. Əliyev hadisə yerində ölüb.

Qəza yerinə DYP əməkdaşları cəlb olunub.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью