Avtomobildən iri məbləğdə pul oğurlanıb

03.12.2024

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib. Polisə müraciət edən zərərçəkmiş “Range Rover” markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfərin 4000 manat pulunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Z.Adgözəlli və X.Həsənov müəyyən olunaraq saxlanılıblar. 

Faktlarla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью