Avtomobildən istifadəni təşviq edən amillər

08.01.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Rusiya şəhərlərində avtomobildən istifadənin 99 faizi məcburiyyətdən irəli gəlir. 

Avtosfer.az xəbər verir ki, bu qənaətə rusiyalı ekspertlər gəlirlər. Onların fikrincə, şəhərin, ictimai nəqliyyatın, yaşayış məhəllələrinin planlamasındakı qüsurlar, şəhərdaxili və regional nəqliyyatın pis işləməsi, əmək bazarı və yaşayış yerlərinin uyğunsuzluğu şəxsi avtomobildən istifadəni zəruri edir.

Əgər bu qüsurlar aradan qalxarsa, şəhər küçələrində yüklənmə azalacaq, sakinlər ictimai nəqliyyata yönələcək. Avtomobildən istifadə yalnız azyaşlı uşağı olan ailələr və şəhər kənarında yaşayanlar üçün zəruri olacaq. 

Maraqlı budur ki, rus iqtisadçıların təsvir etdiyi şəhərlər MDB məkanında deyil, Avropada mövcuddur. Berlin, Ştutqart, Paris kimi şəhərlərdə şəxsi avtomobilə maraq ilbəil azalır.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью