Avtomobildən keçmiş məhbusun meyiti tapıldı

04.03.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Sumqayıt şəhərində avtomobildən meyit tapılıb.

Bakupost.az xəbər verir ki, martın 3-ü saat 20 radələrində 2-ci mikrorayon ərazisində “Mercedes” markalı 10 VF 250 N-li avtomobildə kişi meyiti aşkarlanıb.

Ölən şəxsin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş (128, 178, 221-ci maddələr üzrə) 1975-ci il təvəllüdlü Sahib Lətif oğlu Məmmədov olması müəyyən edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью