Avtomobildən və marketdən oğurluq edənlər həbs olundu

01.05.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Xəzər rayonu ərazisində avtomobillərdən silsilə oğurluqlar edilib. 

Lent.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən C.Dəmirov müəyyən olunaraq saxlanılıb.

Binəqədi rayonunda isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Ə.Nadirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Toplanmış materiallar əsasında məhkəmənin qərarı ilə C.Dəmirov 30, Ə.Nadirov isə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью