Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hərəkətdə olan avtomobilə atəş açıb sürücünü yaralamaqda şübhəli bilinən 5 nəfərdən 4-ü həbs edilib.
Avtosfer.az xəbər verir ki, insident Türkiyənin Kocaeli şəhərinin İzmit rayonunda baş verib.
Belə ki, gecə saatlarında Ayaz küçəsində 34-GAL-303 dövlət nömrə nişanlı avtomobili idarə edən Fırat O.-ya silahlı hücum edilib.
Odlu silahdan açılan güllələrdən yaralanan Fırat O. sükanın idarəetməsini itirib və avtomobil küçədəki beton işıq dirəyinə çırpılıb.
Silah səslərini eşidən sakinlər 112 Təcili Zəng Mərkəzinə xəbər verdikdən sonra əraziyə təcili tibbi yardım və polis qrupları cəlb edilib.
Tibb işçilərinin ilk müdaxiləsindən sonra Fırat O. xəstəxanaya aparılıb.
Hüquq mühafizə orqanlarının əməkdaşları Fırat O.-nu vuran şəxsin T.A olduğunu müəyyən ediblər. Saxlanılan T.A hadisəni K.Y., D.G., S.G.