Avtomobili “Bayraktar”la vurulan Manukyan necə sağ qalıb? Özü açıqladı

06.03.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan qondarma rejimin qanunsuz silahlı birləşmələrində “komandanın 1-ci müavini” işləmiş Davit Manukyanın avtomobili Vətən müharibəsi zamanı “Bayraktar” PUA-sı ilə vurulub.

“Qafqazinfo”nun məlumatına görə, bunu bu gün keçirilən məhkəmədə Manukyanın özü sərbəst ifadəsində bildirib:

“Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Manukyan, eyni zamanda, Ermənistanın Müdafiə Nazirliyinin Baş qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri olub.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью