Avtomobili əks istiqamətlə sürən 71 yaşlı sürücü həbs olundu VİDEO

23.02.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avtomobili magistral yolun əks istiqaməti ilə idarə edən sürücü təhlükəsizlik kamerasına düşüb.

Avtosfer.az xəbər verir ki, Çində baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Kadrlarda ağ rəngli minik avtomobilinin sürətli yolda axının əks istiqaməti ilə hərəkət etdiyi və qarşıdan gələn nəqliyyat vasitələri sürücülərinin qəzadan necə peşəkarlıqla yayındıqları görülür.

Videoda sürücünün bir müddət bu cür irəlilədiyi və daha sonra polis tərəfindən saxlanıldığı da əks olunub.

Yerli medianın məlumatına görə, qaydaları pozub digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan 71 yaşlı şəxs həbs olunub.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью