Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakının Əhmədli qəsəbəsində, Bazarstore mağazasının qarşısında sürücünün avtomobili yolun ortasında saxlaması digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
Hadisə şahidinin çəkdiyi görüntülərdə 90-EZ-085 nömrə nişanlı “Toyota” markalı avtomobilin yolun hərəkət hissəsində saxlanıldığı görünür. Bu səbəbdən həmin istiqamətdə nəqliyyatın hərəkəti dayanıb və yolda sıxlıq yaranıb.
Görüntüləri lentə alan şəxs avtomobilin yolun ortasında saxlanılmasına etiraz edərək, belə halların qarşısının alınması üçün yol polisinin nəzarətinin gücləndirilməsinin vacibliyini bildirib.
Qeyd edək ki, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində digər iştirakçıların hərəkətinə maneə yaradacaq şəkildə saxlanılması yol hərəkətinin təhlükəsizliyi baxımından ciddi problem yarada bilər.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://player.bax.tv/embed/227409.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler