Avtomobili ilə piyadanı vurub öldürdükdən sonra qaçan sürücü TUTULDU

01.01.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Yanvarın 1-də saat 6 radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində 1976-cı il təvəllüdlü Qalib Hüseynov naməlum avtomobillə vurulub və aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bakupost.az -a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən VAZ-21012 markalı avtomobilin sürücüsü Tural Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

10:32

Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bakupost.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kərimli kənd ərazisində baş verib.

Belə ki, rayonun Xalxal kənd sakini 1988-ci il təvəllüdlü Tural Ayaz oğlu Abdullayev idarə etdiyi avtomobillə Şəki rayonu Qayabaşı kənd sakini 1976-cı il təvəllüdlü Qalib Bəhman oğlu Hüseynovu vurub.

Qəza nəticəsində 49 yaşlı Q.Hüseynov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью