Avtomobili “Liverpul” azarkeşlərinin üzərinə sürdü Yaralılar var+ Video

27.05.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Britaniyada sürücü avtomobili “Liverpul”un Premyer Liqa çempionluğunu qeyd etmək üçün toplaşan izdihamın üzərinə sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Telegraph” məlumat yayıb.

Nəşr bildirib ki, hadisə zamanı azı 17 nəfər yaralanıb.

Polisin məlumatına görə, hadisəni törədən 53 yaşlı britaniyalı saxlanılıb.

***

Liverpul şəhərində sürücünün avtomobili izdihamın üzərinə sürməsi nəticəsində dördü uşaq olmaqla 27 nəfər xəstəxanaya aparılıb.

Məlumata görə, 20 nəfərə isə hadisə yerində yardım göstərilib.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью