Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xırdalan şəhərində pandusların qarşısının avtomobillər tərəfindən tutulması əlilliyi olan şəxslərin hərəkətinə ciddi maneə yaradır.
Avtosfer.az xəbər verir ki, şəhərdə yerləşən apteklərdən birinin qarşısında quraşdırılan pandusun önü avtomobil tərəfindən bağlanıb. Nəticədə əlilliyi olan şəxs əl arabası ilə pandusdan istifadə edərək aptekə daxil olub dərman almaqda çətinlik çəkib.
Belə ki, "KİA" markalı, 77-EJ-211 nömrə nişanlı avtomobil pandusun qarşısında saxlanıldığı üçün əl arabası ilə hərəkət edən vətəndaş pandusdan istifadə edə bilməyib.
Sakinlər bildirirlər ki, bu, ilk belə hal deyil. Onların sözlərinə görə, pandusların qarşısında avtomobillərin saxlanılması ilə bağlı problemlər tez-tez təkrarlanır. Bu isə əlilliyi olan şəxslərin sərbəst hərəkətinə mane olur, onların aptek, mağaza və digər obyektlərə rahat giriş-çıxışını məhdudlaşdırır.
Eltac Zülfüqaroğlu