Avtomobili qışa necə hazırlamalı? Mütəxəssis tövsiyəsi | Icma.az
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Son günlər qış sərt üzünü göstərməyə başlayıb.
Yolların buz bağlaması vətəndaşların avtomobil idarə etməsində bir sıra çətinliklər yaradıb.
Bəs soyuq və qarlı qış günlərində avtomobildə nasazlıq yaranmaması, qəzaya yol açmaması üçün hansı sistemlərə əvvəlcədən diqqət yetirilməlidir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən avtomobil mütəxəssisi Ələkbər Abdullayevin sözlərinə görə, ilk olaraq şinlər dəyişdirilib qış fəslinə uyğun qoyulmalıdır: “Soyuq havalarda təkərlərin təzyiqi aşağı düşdüyündən, təzyiq yenidən ölçülməlidir.
Əyləc mayesinin səviyyəsi və donma riski mütləq nəzərdən keçirilməlidir.
Daha sonra soyutma sistemi yoxlanılmalı, adi su istifadə edilməməlidir.
Donmanın qarşısını almaq üçün xüsusi antifrizlərdən istifadə olunmalıdır. Şüşə yuma mayesi mütləq donmayan olmalıdır.
Avtomobilin işıqları yoxlanılmalı və düzgün tənzimlənməlidir ki, dumanlı və qarlı yollarda görmə məsafəsini məhdudlaşdırmasın.
Tam oxu
Xəbəri oxu