Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avtomobili şaxtadan qorumaq üçün sadə üsullardan istifadə etmək olar Havaların soyuması avtomobillərə və təbii ki, avtomobil sahiblərinə də bır sıra problemlər yaradır.
Xüsusən də əgər avtomobil gecə saatlarında açıq havada park edilirsə, şüşələrin, güzgülərin buz tutacağı, mühərriki don vuracağı ehtimalı da var.
Mütəxəssislər bəzi xırda detallara diqqət etməklə zərərdən yayınmanın mümkünlüyünü bildirir.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, avtomobili şaxtadan qorumaq üçün sadə üsullardan istifadə etmək olar.
Bunun üçün adi sellofan paket də yetərlidir. Sellofan paketi avtomobilin arxanı göstərən ön güzgüsünə keçirmək aynanın buzlanmasının qatşısı
Sellofan paketi güzgüyə elə keçirmək lazımdır ki, onu bütünlüklə örtsün. Bununla güzgünün buzlanması problemindən xilas olarsınız.
Buzlanmağın qarşısını alan örtüklərdən də istifadə edilə bilər.