Avtomobili təmirdə olan vaxtda sürücüyə cərimə yazıldı VİDEO

02.04.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Avtomobili təmirdə olan sürücü cərimələnib. 

Avtosfer.az-ın məlumatına görə, Bakı sakini Sənan Paşayev belə iddia edir.

Onun sözlərinə görə, idarə etmədiyi avtomobilə görə ona cərimə yazılıb. Sürücü deyir ki, protokolda qeyd edilən tarixdə sözügedən ünvanda olmayıb və avtomobil uzun müddətdir ki, təmirdədir. Şikayətçi avtomobili  texniki baxışdan keçirmədən idarə etməyə görə tərtib edilən protokolun ləğv edilməsi ilə bağlı  aidiyyəti qurumlara müraciət edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat xidmətindən bildirildi  ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının radar sistemində bir neçə fakt üzrə elektron oxunmasında texniki xəta olması, mərkəzi informasiya sisteminə avtomatik inteqrasiya prosesində hansısa sürücü barəsində cərimə tətbiq olunması ilə bağlı qərar olmayıb. Əsasən dövlət qeydiyyat nişanlarının çirkli olması, yol şəraitindən yaranan hallarda texniki vasitələr tərəfindən qeydəalınmada yanlışlıq baş verə bilər. Lakin sistemdə inteqrasiya prosesi zamanı bu cür istisnalar yoxlanılmaqla dərhal aradan qaldırılır və yalnız düzgün məlumatlar qeydə alınır.

Ətraflı videomaterialda. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью