Avtomobili yolun ortasına atıb bir maşınlıq yer saxladı VİDEO

26.09.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü hərəkətə çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 99-PK-402 qeydiyyat nişanlı "BYD" markalı avtomobilin sürücüsü maşını həm döngədə, həm də ikinci cərgədə park edib. Bu səbəbdən yolda hərəkət üçün bir zolaq yer qalıb. Videodan da aydın şəkildə görünür ki, sağa dönən sürücü qarşıdan gələn avtomobillərlə üz-üzə qalıb. O, məcburi şəkildə geriyə hərəkət edərək yolu açmalı olub.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью