Avtomobilin 4 nəfəri vurduğu hadisənin görüntüləri Video

07.10.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, dünən saat 12:00 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, 19 yaşlı şəxsin idarə etdiyi “Haval” markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı maşın yüksək sürətlə hərəkətdə olarkən qarşısına anidən digər avtomobil çıxıb. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yol kənarında hərəkət edən 4 piyadanı vurub. Daha sonra rabitə dirəyini və ağacı aşırıb.

Hadisə 1959-cu il təvəllüdlü Qəribə Səfərovanın ölümünə, 2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1 yaşlı N.Məmmədov və daha bir azyaşlının isə xəsarətlər almasına səbəb olub.

Qəza anını əks etdirən görüntüləri təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью