Avtomobilin alt hissəsini yumadıqda sürücüləri hansı təhlükə gözləyir? FOTO | Icma.az
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir. Avtomobil sahiblərinin əksəriyyəti nəqliyyat vasitələrini vaxtaşırı yuyur və təmi
Ancaq çoxları yalnız avtomobilin görünən – yəni üst hissələrinin təmizliyinə diqqət yetirir.
Avtosferaz xəbər verir ki, halbuki avtomobilin alt hissəsinin də yuyulması və mütəmadi təmizlənməsi mühüm əhəmiyyət daşıyır.
Çöldən təmiz görünən avtomobilin altında görünməyən problemlər yığılır.
Xüsusilə qış aylarında yollara səpilən duzlar, palçıq və yol zibilləri avtomobilin alt hissəsinə toplanaraq metal səthlərlə təmasda olduqda korroziya yaradır.
Bu isə zamanla avtomobilin alt hissəsində ciddi paslanmaya və zədələnmələrə səbəb ola bilər.
Avtomobilin alt hissəsində yığılan çirk və kimyəvi maddələr bir çox texniki nasazlıq riskini də artırır.
Məsələn, əyləc sistemində oksidləşmə baş verə bilər ki, bu da əyləc qabiliyyətinin azalması və ya əyləclərin tutulması ilə nəticələnə bilər.
Tam oxu
Xəbəri oxu