Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avtomobil təzə alınarkən obrazlı desək bərq vurur, diqqəti cəlb edir. Amma illər keçdikcə lak örtüyü solur, rəng dəyişir. Bəs bunun qarşısını necə almaq olar?
Avtosfer.az xəbər verir ki, müasir avtomobil boyası bir neçə təbəqədən ibarətdir. Boyama zamanı metalla kimyəvi reaksiyaya girən boya ona yapışır.
Lakin, yağış və Günəş şüalarının təsiri ilə örtük təbəqəsi də tədricən dağılır. Prosesi tam dayandırmaq mümkün olmasa da, sürətini azaltmaq mümkündür.
Bunun üçün avtomobili ilk növbədə vaxtında yuyub-təmizləmək lazımdır. Maşını talvarın altında və ya qaraşda park etdikdə də boyanın korlanması prosesi ləngiyir.
Günəş şüalarının az da olsa qarşısı alındıqda boyanın korlanması da gecikir.
Bundan başqa, hermetik və parladıcı vasitələrdən düzgün istifadə edərək avtomobil boyasını uzun müddət təzə saxlamaq mümkündür. Bu xüsusda keyfiyyətli çexol da işə yarayır.
Vüqar