Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avtomobilinin rəngini dəyişdirmək istəyən sürücülərin bunun üçün nə qədər xərc çəkəcəyi maraq doğurur.
Avtosfer.az xəbər verir ki, mözvu ilə bağlı nəqliyyat eksperti Rüfət Əmiraslanov bildirib ki, avtomobilin rəngi dəyişdirildikdən sonra müvafiq servisdən görülən işləri təsdiqləyən arayış alınmalıdır.
Ekspertin sözlərinə görə, avtomobilin rənginin dəyişdirilməsi ilə bağlı prosedurlar zamanı texniki pasportun yenilənməsi və texniki müayinə üçün ödəniş edilməlidir.
O qeyd edib ki, texniki pasportun dəyişdirilməsi üçün 30 manat, texniki müayinə üçün isə 30 manat rüsum nəzərdə tutulub. Beləliklə, qeyd olunan iki xidmət üzrə ümumi məbləğ 60 manat təşkil edir.
Qeyd edək ki, bu məbləğə avtomobilin rənglənməsi üçün servisə ödənilən xərc daxil deyil.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://player.bax.tv/embed/228089.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler