Avtomobilin təhlükəsiz istismarı üçün nələrə diqqət etmək lazımdır? RƏY | Icma.az
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır. "Nəqliyyat vasitələrinin təhlükəsiz istismarı üçün əvvəlcə onun texniki cəhətdən s
Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev açıqlamasında deyib.
O bildirib ki, avtomobilin təhlükəsizliklə bağlı məsələləri kompleks şəkildə həll edilməlidir: "Nəqliyyat vasitələrinin təhlükəsiz istismarı olduqca əhəmiyyətlidir.
Ümumilikdə isə buna 2 prizmadan yanaşmaq olar. Birincisi, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmadıdır.
İkincisi isə həmin nəqliyyat vasitəsini idarə edən sürücünün təcrübəsi və istənilən gözlənilməz hadisəyə qarşı hazırlıqlı olmasıdır".
Ekspert qeyd edib ki, sürücülər mütləq şəkildə idarə etdikləri avtomobilin yaxşı vəziyyətdə olmasına daim nəzarət etməlidirlər: "Bu, birbaşa nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə düşən məsuliyyətdir.
Sürücü əmin olmalıdır ki, idarə etdiyi nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdədir və yolda avtomobillə bağlı təhlükəli vəziyyətlə qarşılaşmaq ehtimalı yoxdur.
Düzdür, bundan yüz faiz sığortalanmaq mümkün deyil, amma ən azından avtomobilin yaxşı vəziyyətdə olması kimi ilkin məqamlara nəzər yetirmək lazımdır".
Tam oxu
Xəbəri oxu