Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı-Şamaxı avtomobil yolunda hərəkət zamanı minik avtomobillərindən birinin təkəri qəfil yerindən çıxıb.
Milli.Az xəbər verir ki, hadisə ilə bağlı bloqer Nigar Fərzəliyeva sosial media hesabında paylaşım edib. O bildirib ki, yolda qalan təkər onun "Range Rover" markalı avtomobilinə dəyərək nəqliyyat vasitəsinə ziyan vurub.
Nigar Fərzəliyevanın sözlərinə görə, hadisə baş verən vaxt o, avtomobildə olmayıb. Bildirilib ki, həmin anda maşını başqa şəxs idarə edib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)