Avtomobilin vurduğu piyada 2 gündən sonra VƏFAT ETDİ

16.10.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakıda oktyabrın 13-ü saat 21 radələrində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1985-ci il təvəllüdlü Tural Balakişiyev idarə etdiyi özünə məxsus “KiA Sorento” markalı avtomobillə 1968-ci il təvəllüdlü piyada Gülər Xəlil qızı Nuralışı vurub.
Bizim.Media xəbər verir ki, o, aldığı açıq-kəllə beyin travması xəsarəti ilə yerləşdirildiyi Gömrük Hospitalında oktyabrın 15-i ölüb.
Faktla bağlı Nizami RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. (Qafqazinfo.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью