Avtomobilin vurduğu piyada xəstəxanada öldü

24.01.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən il dekabrın 29-da Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonunun Pirəzə kəndində baş verib.

Sürücü Tərlan Məmmədov idarə etdiyi "VAZ-2115" markalı avtomobillə yolu keçən piyada, 1974-cü il təvəllüdlü Oktay Əsədovu vurub, yaralı xəstəxanaya yerləşdirilmişdi.

Həkimlərin səyinə baxmayaraq, Oktay Əsədov dünən xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью