Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xırdalanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Sfera.az verir ki, hadisə Abşeron rayonu Xırdalan şəhərində qeydə alınıb.
Yolu keçmək istəyən piyada,1978-ci il təvəllüdlü Yaqub Müseyib oğlu Əliməmmədovu avtomobil vurub.
Yaralı Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.