Avtomobilinə əl vuran piyadanı o ki var DÖYDÜ: Polis araşdırma aparır VİDEO

24.02.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Sürücü avtomobilin damına əl vuran şəxsi döyüb. Avtosfer.az xəbər verir ki, İrlandiyanın Dublin şəhərində baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. Kadrlarda səkidə dayanan bir şəxsin hərəkətdə olan avtomobilin dam hissəsinə əli ilə vurduğu görülür.

Videoda sürücünün avtomobili (burada İngiltərədə olduğu kimi ətraf ölkələrdə avtomobillərin demək olar ki, əksəriyyətinin sükanı sağ tərəfdə olur) saxlayaraq həmin şəxsə yaxınlaşdığı və ona yumruq-təpiklə zərbələr endirdiyi əks olunub.

Yerli KİV-in məlumatına görə, döyülən şəxs miqrant olub və görüntülərin yayılmasından sonra polis araşdırmalara başlayıb.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью