Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsində kişi ürək çatışmazlığından dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, şəhərdə yerləşən yanacaqdoldurma məntəqələrinin birində Naxçıvan şəhər sakini, 1954-cü il təvəllüdlü Elbrus Səməd oğlu Şahbazov avtomobilinə yanacaq doldurarkən özünü pis edib.
Daha sonra onun vəfat etdiyi məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
İlkin məlumata görə, E.Şahbazovun ölümünə ürək çatışmazlığı səbəb olub.