Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Volkswagen”in enerji şirkəti “Elli” Almaniyada elektrikli avtomobilini şarj cihazına qoşulu saxlayan sürücülərə ilk il ərzində 1341 manatadək bonus verəcək.
“Bakupost” xəbər verir ki, dekabrda başlayacaq proqram çərçivəsində avtomobilin şarj cihazına qoşulu qaldığı hər uyğun saat üçün 45 qəpik ödəniləcək. Aylıq bonusun maksimum məbləği 112 manat olacaq. Hər bağlantı ən azı üç saat davam etməlidir.
Bonus almaq üçün batareyadakı enerjinin elektrik şəbəkəsinə ötürülməsi tələb olunmur. Proqramda iştirak üçün uyğun avtomobil, ağıllı elektrik sayğacı, xüsusi şarj cihazı və müvafiq elektrik tarifi lazımdır.
“Elli” gələcəkdə avtomobillərin batareyasından şəbəkəyə ötürülən elektrik enerjisinin hər kilovat-saatına görə 75 qəpik ödəməyi planlaşdırır. Xidmətin 2027-ci ildə digər Avropa ölkələrinə genişləndirilməsi nəzərdə tutulur.
Vüsalə Hüseynova,
BakuPost