Avtomobilinin görkəmini dəyişən sürücü həbs edildi

13.12.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan avtomobili idarə edərək sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən həmin sürücü V.Güləliyev idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan “VAZ- 2107” markalı nəqliyyat vasitəsi ilə rayon ərazisində hərəkətdə olarkən saxlanılıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью