Avtomobilinizdə gizlənən təhlükədən xəbəriniz olmaya bilər! XƏBƏRDARLIQ

16.11.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Havaların soyuması ilə küçə heyvanları isinmək üçün avtomobillərin mühərrik hissəsinə, təkər boşluqlarına və digər qapalı yerlərinə sığına bilərlər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) sürücülərə müraciət edib.

Nazirlik avtomobili hərəkətə gətirməzdən əvvəl mühərrik hissəsinin, təkərlərin ətrafının və avtomobilin alt hissəsinin diqqətlə yoxlanılmasının vacibliyini vurğulayıb. Bakıda online alış-veriş

DİN-dən bildirilib ki, sadə bir diqqət və ehtiyat tədbiri küçə heyvanlarını təhlükədən qoruya, onların həyatını xilas edə bilər.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью