Avtomobilinizin ön şüşəsini kartofla təmizləyin, səbəbi sizi HEYRƏTLƏNDİRƏCƏK

30.01.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

Sürücülərə avtomobilin ön şüşəsini şaxtadan və buxarlanmaqdan qorumağın qeyri-adi üsulu təklif olunub. Ekspertlər bunun necə işlədiyini izah ediblər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, avtomobil ekspertləri sürücülərə avtomobillərin ön şüşəsinin donması və dumanlanması ilə mübarizədə iki yerə bölünmüş kartof və ya soğanla silməyi tövsiyə ediblər.

Ekspertlərin sözlərinə görə, kartof buzu tez əridə və soyuq havalarda kondensatın yaranmasını azalda bilir. Qeyd edilir ki, kartofun tərkibində olan təbii şəkərlər və nişasta şüşənin üzərində nazik qoruyucu təbəqə yaradır. Bu təbəqə buz kristallarının və su buxarının əmələ gəlməsini ləngidir, nəticədə səhər saatlarında avtomobili buzdan təmizləmək üçün sərf olunan vaxt azalır və yağışlı havada görmə qabiliyyəti yaxşılaşa bilər.

Bununla yanaşı, ekspertlər xəbərdarlıq edirlər ki, kartof  şüşə üzərində iz qoya və səthi çirkləndirə bilər. Buna görə də sürtdükdən sonra şüşənin şəffaflığını itirmədiyinə əmin olmaq lazımdır.

Sürücülərə vacib bir tələb də xatırladılıb: yola çıxarkən ön şüşə və digər pəncərələr tam təmiz vəziyyətdə olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью