Avtomobillə bağlı qəribə qadağa TARİX FOTO

19.11.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Özüyeriyən nəqliyyat vasitələrinin ortaya çıxması digər hərəkət iştirakçılarında qorxu yaratmışdı. İndi heç 5 yaşlı uşaq da avtomobildən qorxmur. Lakin 150 il əvvəl avtomobilin səsindən heyvanlar hürkür, insanlar qaçıb gizlənirdilər. 

Avtosfer.az xəbər verir ki, belə bir vəziyyətdə Britaniya parlamenti 1865-ci ildə Qırmızı Bayraq Qanununu (Red Flag Act) qəbul edir. Qanuna görə avtomobil təkbaşına hərəkət edə bilməzdi. Ondan 60 yard (55 metr) irəlidə əlində qırmızı bayraq və fənər tutmuş şəxs addımlamalı idi. Onun vəzifəsi digər hərəkət iştirakçılarını xəbərdar etmək idi. Bununla yanaşı, sürət də məhdudlaşdırılmışdı: şəhərdə 3 km/saat, kənarda 6 km/saat.

Təxminən 30 il qüvvədə olan qanun Britaniyada avtomobil sənayesinin inkişafına ciddi mane oldu. Qanun 1896-cı ildə, axiliyanma mühərrikləri kütləviləçşdikdən sonra ləğv edildi.

Qanunun ləğv edildiyi gün London küçələrində ilk avtomobil yarışı keçirildi. Yarışda malksimal sürət 23 km/saat oldu.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью